Rusiya Ukraynaya kütləvi hava zərbələri endirib | VİDEO

   Rusiya Ukraynaya kütləvi hava zərbələri endirib     | VİDEO
  09 İyul 2025    Oxunub:1106
Prezident Volodimir Zelenski Rusiya Silahlı qüvvələrinin Ukrayna ərazisinə “yeni genişmiqyaslı hücum” həyata keçirdiyini açıqlayaraq, Kiyevin müttəfiqlərini Moskvaya qarşı “ağrılı sanksiyalar” tətbiq etməyə çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə öz Telegram-kanalında paylaşım edən Zelenskinin sözlərinə görə, rus qoşunları 24 saat ərzində “Kinjal” və “İsgəndər” raketləri də daxil olmaqla Ukrayna ərazisinə 728 PUA və 13 raket buraxıblar.

“Bu, nümayişkaranə hücumdur və xüsusən indi, sülhə nail olmaq, atəşi dayandırmaq üçün bu qədər cəhdlər göstərildiyi bir vaxtda yalnız Rusiya hər şeyi rədd edir. Sanksiyaların lazım olduğuna dair daha çox sübut - üç ildən artıq müharibədə Moskvanın döyüş maşınına pul vuran neftə qarşı ağrılı sanksiyalar olmalıdır. Bu nefti alanlara qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edilməlidir”, - Ukrayna lideri yazıb.

Ukrayna PUA-ları Rusiyaya hücum edib | VİDEO
Zelenski həmçinin vurğulayıb ki, Moskvanı münaqişəni dayandırmaq barədə düşünsünməsi üçün Kiyevin müttəfiqləri Rusiyaya necə “təzyiq” göstərməyi bilirlər.

Xatırladaq ki, daha əvvəl Rusiyanın Müdafiə nazirliyi bu gecə hava hücumundan müdafiə (HHM) sistemlərinin ölkənin bir sıra bölgələrinə hücum edən 86 Ukrayna PUA-sını vurduqlarını açıqlamışdı.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   Ukrayna   hücum  



Xəbər lenti